DigərİqtisadiyyatManşet

STP-nin baş direktorunun istefasına nə səbəb olub? – Şirkətdə böyük maxinasiyalar baş verib

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.

Bu barədə “Report”a qurumdakı mənbə bildirib.

Məlumata görə, onun vəzifəsindən azad edilməsi bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
st
Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də “Express Bank” ASC-də çalışıb.

AzToday.az-a daxil olan məlumatlara görə, Emin Məmmədovun istefasına səbəb 1 il əvvəl STP-nin müşahidə şurasının üzvü təyin olunan Fuad Nəcəfli adlı şəxslə yaşadığı gərginlik səbəb olub. Məhz onun şirkətə gəlişindən sonra müəssisədə gərginlik başlayıb və Emin Məmmədovun kadrları bir-bir işdən çıxarılıb. Xüsusi ilə də STP-nin satınalmalar departamentində baş verən maxinasiyalar Emin Məmmədovla Fuad Nəcəfli arasında münasibətləri daha da pisləşdirib…

STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından “PAŞA Holdinq” MMC-nin nəzarətinə keçib.

Bənzər yazılar

Back to top button