Cəmiyyət

Cəlilabadda 35 santimetr hündürlükdə qar yağıb

Azərbaycan sinoptiklərinin məlumatına görə, ötən sutka ərzində ölkə ərazisində qar yağması davam edib, bəzi yerlərdə intensivləşib. Bu barədə yanvarın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Belə ki, qar örtüyünün hündürlüyü Cəlilabadda 35, Altıağacda 31, Lerik – 30, Xaltan – 25, Yardımlı- 22, Quba- 19, Xaçmaz- 18, İsmayıllı – 16, Qax -15, Şamaxı, Qusar, Qəbələ – 14, Biləsuvar, Şəki, Lənkəran – 12, Qobustan, Hacıqabul, Daşkəsən – 7, Gədəbəy, Ağsu, Göyçay, Tərtər – 3 santimetr olub.

Aran rayonlarında qar örtüyünün hündürlüyü 1-2 santimetr olub.

Sumqayıt və Bakıda 8-10 santimetr olub.

Şimal-şərq küləyinin sürəti Neftçalada bəzi yerlərdə saniyədə 20 metrə, Bakıda 16 metrə çatıb.

Xəzərdə dalğaın hündürlüyü 2,6 metrə çatıb.

Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Şamaxı, Lerikdə dumanlı hava müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək şaxta, Naxçıvanda 8-11, dağlıq rayonlarda 10-16 dərəcə şaxta, aran rayonlarında 2 dərəcəyədək şaxta olub.

Bənzər yazılar

Back to top button