Cəmiyyət

“Kasıb deyir ki, ölümə 7 gün ehsan verəcəm” – Millət vəkili (VIDEO)

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində pandemiya dövrünün toy və yaslarından danışıb.

O, indiki toyları tarixi adət-ənənələrə parodiya adlandırıb: “İndiki toy və yasların bəziləri bizim tarixən formalaşmış toy-yas ənənələrimizə bir parodiyadır. Köhnə Bakı toyları yadıma düşür, bir dəfə dedim ki, qayıtmalıyıq köhnə Bakı toylarına. Bugünkü toylarda 5 saat otur, aşırı dərəcədə yemək, içmək, heç kim bir-birini dinləmir, gurultu da bir yandan, bu nə toydur? Toy olar, ailə, dost, tanış gələr, oynayar. Əvvəllər ağsaqqallar söz deyərdilər, indi daha söz demək də yoxdur”.

Xalq şairi şadlıq saraylarının yüksək qiymətlərindən də gileylənib: “Şadlıq evlərinin bir mafiyası var. Deyir, 150 manata yemək verirəm. Mən qonağıma belə yemək vermək istəmirəm. 50 manat mənə bəs edir. Onda da deyir, burda toy keçirə bilməzsən. Bu, qudurğanlıqdır. Pandemiyadan əvvəl də toyların sadələşdirilməsi məsələsi gedirdi. Həmçinin də yasları sadələşdirdilər, Naxçıvanda, sonra da yavaş-yavaş Bakıda. Ucqar kəndlərdə sadələşməyə ciddi müqavimət var. Əhalinin ən kasıb zümrəsi deyir yox hər gün yeddiyə kimi yas verəcəyəm. Bu nə xəstəlikdir? Bununla ölünü qaytarırsan ya onun yerini möhkəmlədirsən? Ya Cənnətdə onun üçün xüsusi yer sifariş verirsən? Bu nə deməkdir?”.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

Back to top button