Digər

ABŞ Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

ABŞ bu gün Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir, TURANın Vaşinqton müxbiri xəbər verir.

“Biz Prezident Əliyevin bu zorakılıqla bağlı tez bir zamanda araşdırılması çağırışına qoşuluruq. Bu gün ölən və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib.

“Hər yerdə diplomatlara və ya diplomatik obyektlərə hər hansı bir hücum qəbuledilməzdir”, Prays qeyd edib.

“Biz İran hökumətinə İranda Xarici Diplomatların Müdafiəsi üzrə Cenevrə Konvensiyasına uyğun olaraq üzərinə düşən məsuliyyəti xatırladırıq”, – bəyanatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button