GündəmManşetSiyasət

Gürcüstan və Ermənistan yenə Azərbaycanı qabaqladı – Korrupsiya hesabatı açıqlandı

Bu gün 2022-ci ilin dünya üzrə korrupsiya hesabatı açıqlanıb.

AzToday.az xəbər verir ki, hesabat barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın aid olduğu Şərqi Avropa və Mərkəzi Asiya üzrə orta göstərici bu il bir pillə azalaraq 35-ə enib:

“Regiona Gürcüstan (56), Ermənistan (46) və Monteneqro (45) liderlik edir və onlar regionun qlobal ortalamadan (43) yuxarı bal toplayan yeganə üç ölkəsidir.

Türkmənistan (19), Azərbaycan (23) və Tacikistan (24) regionda ən aşağı yerlərdir.

Serbiya (36), Türkiyə (36), Bosniya və Herseqovina(34) və Azərbaycan(23) bu ilki korrupsiya reytinqində tarixi minimuma çatıb.

2017-ci ildən bəri Ermənistan (46), Moldova (39) və Özbəkistan (31) anti-korrupsiya mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.

Son hesabatda Macarıstan Avropanın ən korrupsiyalaşmış ölkəsi olub.

Əliyevin idarəçiliyi rüşvətxorluğuna görə Azərbaycanı dünyanın ən çox korrupsiyalaşmış 180 ölkə arasında 157-ci edib, bu siyahıda Rusiya 137-cı, Ukrayna 116-cı, Türkiyə 101-ci, Ermənistan 63-cü. Gürcüstan 41-ci olub”.

Bənzər yazılar

Back to top button