GündəmHadisəManşet

FHN Türkiyəyə heyət göndərir – Prezidentdən tapşırıq

Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var, 1710 bina dağılıb”.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat yayıb.

O vilayətlərdəki dağıntılar və itkilər barədə də məlumat verib:

“Hatayda 4 ölü, 7 yaralı var. 200 bina dağılıb.
Osmaniyedə 20 itki, 200 yaralı var, 83 bina dağıldı.
Adıyamanda 13 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Diyarbəkirdə 14, Urfada isə 18 itkimiz var.
Antepdə 80 itki və 580 dağılmış binamız var.
Kilisdə 80 itkimiz var.
Adanada 10 nəfər itkin düşüb, 118 nəfər yaralanıb.
Malatyada 47 itki, 550 yaralı var.

Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var. 1710 bina dağıdılıb”.

Bənzər yazılar

Back to top button