Cəmiyyət

BMT Azərbaycanı uşaqlara qarşı zorakılığa və selektiv abortlara qarşı mübarizə aparmağa çağırıb

BMT-nin Uşaq Hüquqları Komitəsi fevralın 9-da Azərbaycan, Boliviya, İrlandiya, Yeni Zelandiya, Oman və İsveçlə bağlı araşdırmanın nəticələrini dərc edib.

Araşdırmada Komitənin əsas narahatlıqları və Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi ilə bağlı tövsiyələri yer alır.

Azərbaycanla bağlı hesabatda deyilir ki, “Komitə Azərbaycanda uşaqlara qarşı bədən cəzaları təcrübəsinin qalmasından və şiddətin geniş yayılmasından ciddi şəkildə narahatdır. Komitə israrla dövləti uşaqlara bədən cəzalarını qadağan edən qanunvericilik qəbul etməyə və uşaqlara qarşı bütün zorakılıq hallarında mütləq məlumat verilməsinin və idarələrarası müdaxilənin təşviqi üçün mexanizmlər yaratmağa çağırıb.

Uşaq sağlamlığı məsələsinə gəlincə, Komitə yeniyetmə hamiləliklərinin və cinsə görə oğlanların xeyrinə selektiv abortların sayının çox olması məsələlərini qaldırıb. Komitə hökuməti israrla cinsi və reproduktiv sağlamlıq məsələləri ilə bağlı maariflənməni məktəb proqramına daxil etməyə və cinsə görə abortların köklü səbəblərini aradan qaldırmağa çağırıb.(Turan)

Bənzər yazılar

Back to top button