Siyasət

Avropa İttifaqının missiyası Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

Avropa İttifaqının Bakıdakı nümayəndəliyi həbsdə olan fəal Bəxtiyar Hacıyevin səhhətinin kəskin şəkildə pisləşməsindən çox narahatdır. Bu barədə Aİ missiyasının Facebook səhifəsində deyilir.

“Biz hakimiyyəti onu ən qısa zamanda azad etməyə və vətəndaş cəmiyyətinin təhlükəsizlik mühitində fəaliyyəti üçün əlverişli şərait yaradılması istiqamətində işləməyə çağırırıq”, deyə məlumatda qeyd edilir.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də o, aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.(Turan)

Bənzər yazılar

Back to top button