Gündəm

Vəkil: Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb, aclığı davam etdirir

Fevralın 11-də gecə saatlarında insan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Hacıyev 34 gündür aclıq edir.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Vüqar Hacıyev bildirib.

Bəxtiyarın iradəsinin əksinə olaraq, anamın müraciətinə baxmayaraq Bəxtiyar Hacıyev gecə saatlarında müalicə müəssisəsinə köçürülüb.

“Mən bu gün, fevralın 11-də müalicə müəssisəsində Bəxtiyarla görüşdüm. Onun səhhəti ağır olaarq qalır. Qanından analiz götürüblər. Məcburi qida və qidalandırıcı sistem köçürməyiblər. Bəxtiyar hazırda su qıəbul edir, qida qəbul etmir Aclığı sonadək davam etdirməkdə inadlıdır. O danışa bilirdi. Amma, səhhəti çox ağırdır. Hədsiz arıqlayıb”, o qeyd edib.

Bu gün vəkillər Elçin və Zibeydə Sadıqovlar da müalicə müəssisıəsində Bəxtiyar Hacıyevlə görüşüb.

Görüşdən sonra vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Hacıyevin səhhəti çox ağırdılr.

“Dünıən axşan saat 20 radələdində onu məcburi qaydada Penitensiar xidmətin Müalicə müəssisəsinə gətiriblər. O bildirdi ki, gətirilən zaman istintaq təcridxanasının Rəşad adlı rəis müavini ona qarşı kobudluq edib. Onun əlindən qeydlərini, telefon kodlarını, məhkəmənin qərarlarını, hətta səhhəti ilə bağlı gündəlik apardığı qeydləri də qanusuz olaraq məcburi qaydada əlindən alıb.”

Vəkilin sözlərinə görə, Hacıyev müalicə müəssisəsində müəyyən müayinələrdən keçirilib.

“O aparılan müayinələri də qənatəbəxş hesab etmir. Hacıyev aclığı son anadək davam etdirəcəyini bildirdi”.

Dünən Bəxtiyar Hacıyevlə ombudsmanın nüamyəndəsi iki. Həkimlə birgə və Beynılxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi də görüşüb.

“Onlar Hacıyevin səhhətinin həddən artıq pis olduğunu görüblər”.

Vəkilin dediyinə görə, Bəxtiyar Hacıyevin çəkisi 68,5 kiloqrama düşüb.

“Bədən temperaturu 36 civarındadır, qan təzyiqi 90/60, nəbzi dəqiqədə 66-dır”.

Sadıqov deyib ki, Hacıyevin razılığı olmadan məcburu qidalandırıla bilməz, ona qidalandırcı sistem köçürülə bilməz.

“Qanunvericilik bunu tamamilə qadağan edir. Qanunvericiyiə görə insan huşunu tam itirdikdən sonra məcburi qidalandırma baş verə bilər. Bəxtiyar bildirdi ki, qidalandırmaya və hər hansı qidalandırcı inneksiyaya icazə verməyəcək,” vəkil Amerikanın Səsinə deyib.

Bənzər yazılar

Back to top button