İdman

Ançelotti və Hazard arasında problemlər

“Real”ın futbolçusu Eden Hazard və baş məşqçi Karlo Ançelotti arasında münasibətlər korlanıb.

Qol.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Hazırda Hazard və Ançelotti arasında praktiki olaraq heç bir münasibət yoxdur. Onlar demək olar ki, danışmırlar.

Eden Ançelottinin onu ruhdan saldığına və vədlərinə əməl etmədiyinə inanır. Hazard Ançelotti tərəfindən diqqətdən kənarda qaldığını hiss edir və vəziyyətdən məyus olur.

Dekabrın sonunda Ançelotti deyib ki, Hazard “mövsümün ikinci hissəsində daha tez-tez meydana çıxanlardan biri olacaq”. O vaxtdan bəri belçikalı iki kiçik zədə alıb. 32 yaşlı yarımmüdafiəçi Kral Kubokunda 3-cü divizion təmsilçisi “Kasereno” ilə matçda cəmi 68 dəqiqə oynayıb. Futbolçu 2023-cü ildə qalan oyunlarda meydana daxil olmayıb. O, La Liqada sonuncu dəfə sentyabrın 11-də çıxış edib.

“Real”ın məşqçilər korpusunun mənbələri “The Athletic”ə bildiriblər ki, Hazardın məyusluğunu normal hesab edirlər. Çünki belə emosiyalar meydançaya nadir hallarda çıxan oyunçulara xasdır. Bütün komanda Hazardın vəziyyəti haqqında eyni şeyi düşünür. Onlar Edenin bəxtinin gətirmədiyinə inanırlar. Buna baxmayaraq, yarımmüdafiəçi özünü peşəkar aparır, komanda daxilində problem yaratmır.

Qeyd edək ki, Hazard 2019-cu ildən Madrid təmsilçisində oynayır. O, 2008-2022-ci illərdə Belçika millisinin də formasını geyinib.

Bənzər yazılar

Back to top button