Dünya

İran sabitliyi pozan hərəkətlərinə görə bundan sonra da məsuliyyətə cəlb olunacaq – Dövlət Departamenti

ABŞ İranı sabitliyi pozan hərəkətlərinə görə tərəddüdsüz məsuliyyətə cəlb edir, bu barədə cümə axşamı Dövlət Departamentindən bildiriblər.

“ABŞ İran rejimini insan hüquqlarını pozmasına, regionda sabitliyi pozan hərəkətlərinə görə tərəddüdsüz məsuliyyətə cəlb edir. Vaşinqton öz addımlarını müttəfiqləri və tərəfdaşları ilə əlaqələndirir”, deyə Dövlət Departamentinin mətbuat katibi Vedant Patel gündəlik brifinqdə bildirib.

Bu mövzu bu həftə Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasında müzakirə olunub. Cümə axşamı açıqlanan birgə bəyanatda regionda və dünyada terrorçuluğun dəstəklənməsi, kibersilahdan, PUA-lardan və raketlərdən istifadə də daxil olmaqla, İranın sabitliyi pozan siyasəti pislənib, deyə Patel bildirib.(Turan)

Bənzər yazılar

Back to top button