Dünya

ABŞ Ukraynaya 325 milyon dollarlıq növbəti hərbi yardım ayırıb

Bayden Administrasiyası çərşənbə günü Ukraynaya daha 325 mln. dollarlıq hərbi yardımın ayrıldığını açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Sayca 36-cı olan hazırki paketə HIMARS sistemləri üçün döyüş sursatları və artilleriya mərmiləri, habelə tank əleyhinə sistemlər, atıcı silahlar, maddi-texniki təminat və texniki xidmət maşınları daxildir. Bu barədə dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Dövlət katibinin sözlərinə görə, yardım Ukraynanın Rusiyadan müdafiəsinə kömək edəcək. “Rusiya müharibəni bu gün dayandıra bilər. Rusiya bunu edənə qədər ABŞ və müttəfiqlərimiz və tərəfdaşlarımız nə qədər lazımdırsa, o qədər də Ukraynanın yanında olacaq”, deyə bəyanatda qeyd edilir.

Sonuncu paket Rusiyanın hücumu başladığı andan etibarən Ukraynaya ümumi yardımı 35,4 milyar dollara çatdırır.

Bənzər yazılar

Back to top button