İdman

Kriştianu Ronaldo instaqramda izləyicisi 200 milyona çatan ilk şəxs olub

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi rekorda imza atıb…

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu instaqramdakı izləyici sayı 200 milyona çatan ilk şəxs kimi tarixə düşüb.

https://www.instagram.com/cristiano/

Adıçəkilən sosial şəbəkədə mütləq lider olan portuqaliyalının ən yaxın izləyicisi Ariana Qrandedir. Amerikalı pop müğənninin 173 milyon izləyicisi var.

İlk “üçlüy”ü digər amerikalı – aktyor Duayn Conson qapayır. O, həmyerlisindən 3 milyon izləyici geri qalır.

Qeyd edək ki, K.Ronaldonun futbol meydanlarındakı əsas rəqibi İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messinin 141 milyon izləyicisi var.

Bənzər yazılar

Back to top button