İdman

“Ronaldo, nəhəyət, xoşbəxtdir” – Sarri

“Yuventus”un baş məşqçisi Maurisio Sarri futbolçusu Kriştiano Ronaldonun durumu haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 34 yaşlı hücumçunun dizində artıq probleminin qalmadığını deyib: “Ronaldonun dizində artıq problemi yoxdur. Fiziki və zehni cəhətdən əladır. Mən görürəm ki, o, nəhayət, xoşbəxtdir. Ən yaxşı oyununu nümayiş etdirə bilər”.

Qeyd edək ki, portuqaliyalı ulduz 2018-ci ilin yayından “qoca senyora”nın formasını geyinir.

Bənzər yazılar

Back to top button