İdman

Ərəblər ağ etdilər: İllik 400 milyon

Lionel Messi Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etsə, futbol dünyası üçün rekord miqdarda pul qazana bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Onun sözlərinə görə, “Əl-Hilal” Messiyə illik 400 milyon avrodan çox rəsmi təklif göndərib.

Futbolçunun özü isə Avropada qalmaq niyyətindədir, bu, onun prioritetidir. Eyni zamanda, o, müəyyən idman zəmanətləri tələb etdiyi üçün PSJ ilə müqavilənin uzadılmasına razı deyil.

“Barselona” argentinalının qayıtmasında maraqlıdır, lakin maliyyə feyr-pleyi bağlı məsələnin aydınlaşmasını gözləyir.

Bənzər yazılar

Back to top button