Dünya

ABŞ Ukraynaya daha 2,6 milyard dollarlıq hərbi yardım göndərib

Çərşənbə axşamı Bayden administrasiyası bahar hücumuna hazırlaşan Ukraynaya 2,6 milyard dollarlıq əlavə hərbi yardımı elan edib.

500 milyon dollarlıq silah və texnikanın daxil olduğu yeni paketdə “Patriot” hava hücumundan müdafiə sistemləri, HIMARS üçün raketlər, TOW raketləri, qumbaraatanlar, yanacaq tankerləri və avtomobillər, həmçinin digər döyüş sursatları, artilleriya və minaatan mərmilər var.

Çərşənbə axşamı Pentaqonun nümayədəsi bildirib ki, tezliklə ABŞ ukraynalı hərbçilərə M1A1 Abrams tanklarını idarə etməyi öyrədəcək. Sonuncu yardım paketinə bu tanklar üçün 120 millimetrlik mərmilər də daxildir.

“Bu yardım Ukraynaya Rusiyanın təcavüzündən müdafiəni cəsarətlə davam etdirməyə imkan verəcək”, – dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“Müharibəni ancaq Rusiya bitirə bilər. Nə qədər ki onlar bunu etmirlər, ABŞ, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız lazım olduğu qədər Ukrayna ilə bir olacaqlar”, – Blinken deyib.

Bənzər yazılar

Back to top button