GündəmManşetSiyasət

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı ABŞ-da görüşlərini davam etdirir

Azərbaycanın müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun ABŞ-a səfəri davam edir.

Bazar ertəsi o, ABŞ Hərbi Hava Qüvvələri Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sasevillə görüşüb.

Hərbi Hava Qüvvələri Bürosunun rəhbəri Daniel Hokanson Tvitter hesabında bildirib ki, görüşdə 2002-ci il dövlətlərarası tərəfdaşlıq proqramı çərçivəsində hərbi sahədə uzunmüddətli ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, bundan öncə Ramiz Tahirov Vaşinqtonda ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Çarlz Braunla danışıqlar aparıb. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, tərəflər hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri sisteminə hava hücumundan müdafiə qüvvələri də daxildir.(Turan)

Bənzər yazılar

Back to top button