Dünya

ABŞ müsadirə edilmiş Rusiya aktivləri hesabına Ukraynada bərpanı maliyyələşdirmək istəyir

ABŞ Rusiya oliqarxlarından müsadirə edilmiş əlavə qanunsuz aktivlərdən Ukraynada bərpaya yardım üçün istifadə etmək imkanını nəzərdən keçirir, bu barədə cümə axşamı Dövlət Departamentinin nümayəndəsi bildirib.

Dövlət katibinin müavini Viktoriya Nulandın sözlərinə görə, Rusiya Mərkəzi Bankının 300 milyard dollar ölçüsündə dondurulmuş aktivləri ilə bağlı müzakirələr davam edir.

Bayden administrasiyası Rusiyanın təcavüzü başa çatdıqdan sonra Ukraynanın bərpasına 400 milyard dollar ölçüsündə maliyyə dəstəyi göstərməyə və ölkəni Avropa enerji istehsalının yeni mərkəzinə çevirməyə çalışır.

“Biz Ukrayna şəhərlərinə, qəsəbələrinə və kəndlərinə kömək edəcəyik ki, köçkün düşmüş insanlar qorxusuzca evlərinə qayıda, doğmalarına qovuşa, öz müəssisələrinə, fermalarına qayıda və dinc demokratik gələcək qurmağa başlaya bilsinlər”, deyə Nuland ABŞ Ticarət Palatasında çıxışında bildirib.

“Amerika xalqı Ukraynaya hədsiz hərbi, iqtisadi və humanitar dəstək göstərib”, deyə Nuland qeyd edib.

“Biz Rusiyanın dağıtdığı hər şeyin əvəzini ödəməyə kömək etməsi üzərində işləyirik. Bizim işimiz təkcə Putinin cinayət yolu ilə məhv etdiklərini bərpa etməkdən ibarət deyil. Söhbət Ukraynanın tam müasirləşməsindən və dirçəlməsindən gedir”, deyə o vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button