Siyasət

Pekində Azərbaycan prezidentinin köməkçisi ikitərəfli münasibətlərin inkişafını müzakirə edir

Aprelin 18-də Pekində Çinin xarici işlər nazirinin müavini Ma Çjaosyuy Azərbaycan prezidentinin köməkçisi Anar Ələkbərovu qəbul edib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Çin Şanxay Təşkilatının Səmərqənd sammitində iki dövlət başçısı arasında əldə edilmiş razılaşmaları reallaşdırmaq və bundan sonra da ikitərəfli münasibətləri inkişaf etdirmək üçün Azərbaycanla işləməyə hazırdır.

Öz növbəsində Anar Ələkbərov deyib ki, Azərbaycan Çinlə münasibətlərin inkişafına böyük əhəmiyyət verir və böyük təşəbbüsləri həyata keçirməyə, o cümlədən “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı təşviq etməyə hazırdır. Heydər Əliyev Fondu bundan sonra da bu istiqamətdə müsbət rol oynamağa hazırdır, – o qeyd edib.

Bənzər yazılar

Back to top button