Hadisə

Gəncə şəhərində xəstəxanada yanğın baş verib, bir nəfər ölüb

Aprelin 26-da Gəncə şəhərindəki 1 saylı xəstəxanada elektrik qutusundaki nasazlıqdan yanğın baş verib.

Nəticədə 40-a yaxın xəstə şəhərin digər tibb müəssisələrinə təxliyə edilib. Eyni zamanda xəstəxananın 3 əməkdaşı xəsarət alıb və onlar da xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun yanğın faktı ilə bağlı yaydığı məlumatda deyilir ki, həmin an xəstə 1963-cü il təvəllüdlü Nazilə Məmmədova dünyasını dəyişib. İstintaq davam aparılır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button