Siyasət

Rusiya Xarici İşlər Nazirliyi: Yerevan qarşılıqlı məqbul həllin axtarışına töhfə verməlidir

Rusiya Xarici İşlər Nazirliyi Laçın dəhlizi ətrafında vəziyyətin qarşılıqlı məqbul həllinin axtarışına rəsmi Yerevanın öz töhfəsini verməsini prinsipial vacib hesab edir. Bu barədə aprelin 27-də brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Beləliklə, o, faktiki olaraq Rusiya sülhməramlılarından dəhlizin zorla açılmasını tələb edən Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib. “Rusiya sülhməramlılarından başqa heç kim dəhlizə nəzarət etməməlidir”, – o deyib.

Zaxarova qeyd edib ki, Rusiya Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və üçtərəfli razılaşmaların məcrasına qayıtması üçün lazımi səylər göstərir.

Bu addımlar həm sülhməramlıların xəttilə, həm də siyasi səviyyədə atılır.

“Biz hesab edirik ki, rəsmi Yerevanın qarşılıqlı məqbul həllin axtarışına öz töhfəsini verməsi prinsipial əhəmiyyət kəsb edir”, – Zaxarova bildirib.(Turan)

Bənzər yazılar

Back to top button