Dünya

Türkiyənin Ermənistana ixracı 520 dəfə artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 12 milyon 969 min dollar olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Statistika İdarəsinin rəsmi saytında yerləşdirilib.
Açıqlanan məlumatlarda qeyd olunur ki, bir il əvvəl – 2022-ci ilin analoji dövründə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi builkindən 28 dəfə az – 465 min dollar olub.

Bu ilin yanvar-mart aylarında Türkiyənin Ermənistandan idxalı əvvəlki illə müqayisədə cüzi artaraq 441 mindən 504 min dollara yüksəlib.

Bu dövrdə Türkiyənin Ermənistana ixracı isə 519 dəfə artaraq 24 min dollardan 12 milyon 465 min dollara çatıb.

Bənzər yazılar

Back to top button