Hadisə

FHN Kür-Bakı magistral su kəmərindəki qəzadan kadrlar yaydı – Video

Kür-Bakı magistral su kəmərində qəza baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti də qəza barədə məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.

Bənzər yazılar

Back to top button