Hadisə

Amerika institutu Azərbaycana daha 5 minaaxtaran it gətirib

Azərbaycana mina axtarışı üçün xüsusi təlim keçmiş daha beş it gətirilib. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanov jurnalistlərə bildirib.

O xatırladıb ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə saziş imzalanıb, bu saziş çərçivəsində Azərbaycana mina axtarışı təlimi keçmiş itlər göndərilib. Bu sazişdə nəzərdə tutulan sonuncu 5 it indi gətirilib.

Xatırladaq ki, ümumilikdə Marşal İrsi İnstitutu Azərbaycana mina axtarışı təlimi keçmiş 70 itin hədiyyə olaraq veriləcəyini bildirmişdi.

* 10 noyabr 2020-ci il tarixində Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan SQ-nin basdırdığı minaların partlaması nəticəsində Azərbaycan tərəfdən 299 hərbiçi və dinc sakin xəsarət alıb. Onların 55 nəfəri ölüb, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bənzər yazılar

Back to top button