GündəmManşetSiyasət

Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin danışıqları üçüncü gündür davam edir

“ABŞ danışıqlar prosesinə və Cənubi Qafqazda dinc gələcəyə yardım etməyə “əvvəlkitək sadiqdir”, – çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri birbaşa danışıqların ikinci gününü başa vurduqdan sonra bildirib.

ABŞ-da hər iki ölkənin nümayəndə heyətinin davamlı və balanslaşdırılmış sülhə yönəlmiş görüşü bu gün, üçüncü gün davam edəcək.

“Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır, ancaq hadisələri qabaqlamaq istəmirəm”,- Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel danışıqların gedişilə bağlı Turan-ın sualını cavablandırarkən bildirib.

Görüşün formatı barədə sualın cavabında Patel qeyd edib ki, Azərbaycan-Ermənistan nümayəndə heyətilə yanaşı, “Amerika tərəfdən bir sıra rəsmi şəxslər də bu işdə fəal iştirak edirlər”.

“Məlumdur ki, Qafqazda danışıqlar üzrə baş məsləhətçi Luis Bono Cənubi Qafqazda daimi işi sayəsində buna dərindən cəlb edilib. Mən bu həftənin qrafikini qabaqlamaq istəmirəm, amma görüşlər və tədbirlər gündən-günə keçiriləcək”, – Patel deyib.

Turan-a diplomatik mənbələrdən məlum olub ki, mayın 4-də Blinkenin nazirlər dialoqunun yekun iclasında iştirak edəcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button