Siyasət

ABŞ Azərbaycanda bütün siyasi məhbusların azad edilməməsinə təəssüf edir

Birləşmiş Ştatlar mayın 8-də əsas azadlıqlarından yararlandıqlarına görə həbsdə olan azərbaycanlıların əfv olunmasını alqışlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Təəssüflər olsun ki, sözügedən hüquqlardan yararlandıqlarına görə bir çox insan hələ də həbsdə qalır. Biz Azərbaycanı ölkənin konstitusiyası və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun olaraq bu şəxsləri azad etməyə, habelə vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün əlavə addımlar atmağa çağırırıq”, deyə məlumatda qeyd edilir.(Turan)

Bənzər yazılar

Back to top button