GündəmSiyasət

Ermənistan İran istehsalı olan dronlardan istifadə edir?

Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla təxribat törədiblər.

“Caliber”in məlumatına görə, Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze pilotsuz uçuş aparatlardan fəal şəkildə istifadə edir.

“İndiyədək 5 güclü partlayış qeydə alınıb”, – nəşrin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ilkin məlumata görə söhbət İran istehsalı olan dronlardan gedir.

Ermənistan tərəfi isə bu məlumatı təkzib edir.

“Daha əvvəl xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin arsenalında İrana məxsus pilotsuz təyyarələr yoxdur”.

Bənzər yazılar

Back to top button