Dünya

Mayın 28-də ikinci turda Ərdoğan və Kılıçdaroğlu prezidentlik uğrunda mübarizə aparacaqlar

Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener bugünkü mətbuat konfransında bildirib.

O məlumat verib ki, mayın 14-də keçirilən dövlət başçısı seçkisində Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,54 faiz, müxalifətyönlü Milli İttifaqın nümayəndəsi Kamal Kılıçdaroğlu 44,85 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıblar.

Seçicilərin 0,44 faizi isə səsvermədən üç gün öncə namizədliyini geri götürən Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncəyə səs verib.

Beləliklə, mayın 28-də Ərdoğan və Kılıçdaroğlu Türkiyə prezidenti postu uğrunda mübarizə aparacaqlar.

Bənzər yazılar

Back to top button