Dünya

Hamburqda İran konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib

Bazar ertəsi Cənubi Azərbaycandan bir qrup mühacir İrandakı digər etnik qruplardan olan fəallarla birlikdə İranın Hamburqdakı konsulluğunun qarşısında oturaq etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları İran hökumətindən fəalların edam edilməsinə və qadınlara qarşı vəhşiliklərə son qoyulmasını tələb ediblər.

“İranın hər yerindən Almaniyaya köçmək məcburiyyətində qalan soydaşlarımız aksiyaya qoşulub. İndiki qəddar rejim hakimiyyətdə olduğu müddətdə Avropanın digər şəhərlərində də belə aksiyalar keçirməyə davam edəcəyik”, – azərbaycanlı mühacir Fərhad Məcidzadə deyib.(Turan)

Bənzər yazılar

Back to top button