Siyasət
“Bu dəhliz Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir”

“Rəşt-Astara dəmir yolu hissəsi Şimal-Cənub marşrutu ilə birbaşa əlaqə yaratmağa imkan verəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya-İran hökumətlərarası sazişin imzalanması mərasimində deyib.
Rusiya lideri bildiriib ki, tezliklə Moskva, Bakı və Tehran arasında dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu üzrə yükdaşımaları sahəsində əməkdaşlığa dair sazişin hazırlanması və bağlanması mümkün olacaq:
“Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz hazırlığın üçtərəfli formatda, Azərbaycanın da iştirakı ilə tezliklə başa çatmasını gözləyirik”.