Dünya

Paşinyanın oğlunu oğurlamaq istədilər

Bu gün saat 15:00 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evinin yanındakı ərazidən qaçırmağa cəhd ediblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus olduğu deyilən “Aykakan Jamanak” qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, oğurluğun iştirakçıları Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir:

“Onlar Aşot Paşinyanı maşına minməyə məcbur etdilər, lakin maşın dayananda o, tullana bildi, bundan sonra Paşinyanı arxadan gələn eyni təşkilatın maşını vurdu. İctimai təşkilatın üzvləri hadisə yerini tərk etdilər”.
Qeyd edilib ki, A.Paşinyan ayağından zədə alıb, hüquq-mühafizə orqanlarına müraciət edib.

Bənzər yazılar

Back to top button