Dünya
ABŞ Nyu-Yorkdakı “Türkiyə Evi”nə qarşı vandalizmi araşdırır

Bazar ertəsi Dövlət Departamenti bildirib ki, Nyu-Yorkdakı “Türkiyə Evi”nə qarşı vandalizm barədə məlumatlıdır və Diplomatik Təhlükəsizlik Xidməti bu hadisəni araşdırır.
Xatırladaq ki, bazar ertəsi səhər tezdən Manhettendəki (Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da orada yerləşir) binanın pəncərələri sındırılıb.
“ABŞ-dakı diplomatik nümayəndəliklərə qarşı zorakılıq cinayətdir… Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq-mühafizə orqanları ilə birgə işləyir”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik mətbuat brifinqində təfərrüatlara varmadan bildirib.(Turan)