Dünya

ABŞ əlavə olaraq Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemi verib

Çərşənbə günü Bayden administrasiyası Ukraynaya 285 milyon dollar dəyərində NASAMS təkmilləşdirilmiş orta mənzilli hava hücumundan müdafiə sisteminin verilməsini təqdir edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Artıq Ukraynanın iki belə sistemi var və Vaşinqton daha 6 sistem təqdim etməyi öhdəsinə götürüb.

Sonuncu addım Rusiyanın Belgorod vilayətinə hücumdan dərhal sonra atılıb.

“Vaşinqton “Rusiya daxilində zərbələri təşviq etmədiyini” bəyan edərək Rusiya ərazisindəki bu aksiyadan aralanıb”,- Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib. Eyni zamanda, o əlavə edib ki, “Bu müharibəni necə aparacağına Ukrayna qərar verməlidir”.

Çərşənbə günü brifinqdə Miller Moskvanın ukraynalı uşaqları zorla Rusiyaya deportasiya etməsi barədə fikirləri təkrarlayıb. “Onlar bu uşaqlarla əlaqə yaratmaq istəyən valideynlərə və qanuni qəyyumlara imtina cavabı verirlər… və onları şəxsiyyətlərindən məhrum edərək Rusiya pasportları verirlər”, – o deyib.

Mətbuat katibi Birləşmiş Millətlər Təşkilatının uşaq məsələləri üzrə aparıcı vəzifəli şəxsi və hərbi cinayətlərə görə beynəlxalq axtarışda olan rusiyalı uşaq hüquqları üzrə müvəkkil arasındakı son görüşü də şərh edib. ABŞ bu görüşdən “çox narahatdır”, – o deyib.

Yüzlərlə ukraynalı uşağın Rusiyaya deportasiyası üzrə hərbi cinayətə görə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru tərəfindən axtarılan Mariya Lvova-Belova ötən həftə Moskvada Birləşmiş Millətlər Təşkilatı baş katibinin uşaq məsələləri üzrə xüsusi nümayəndəsi Virciniya Qamba ilə görüşüb.

“Biz Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli diplomatının uşaqlara qarşı hərbi cinayətlərə görə Beynəlxalq məhkəmənin həbsinə order verdiyi bir adamla görüşündən çox narahatıq”, – Miller deyib.

Bənzər yazılar

Back to top button