Hadisə
Narkoloji Dispanserdə arayış 10 manata satılır – Gizli çəkiliş

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı görüntülər yayılıb.
AzToday.az xəbər verir ki, kadrları Baku TV-nin çəkiliş qrupu lentə alıb.
Belə ki, müxbir gizli çəkiliş edərək saxta arayışın alınması prosesini və buna görə xəstəxana əməkdaşına 10 AZN ödəniş etməsini lentə alıb.