İdman
“Qarabağ” əmək haqqı və mükafatlara nə qədər pul xərcləyib?

Bu il ardıcıl olaraq 10-cu dəfə ölkə çempionu adını qazanan “Qarabağ” futbol klubu maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, “Qarabağ Futbol Klubu” MMC-nin (VÖEN- 9900020601) 2022-ci ildəki xalis mənfəəti 3 milyon 305,2 min manat olub.
Qeyd edək ki, 2021-ci ildə “Qarabağ Futbol Klubu” MMC 3 milyon 568 min manat zərər etdiyini açıqlamışdı.
Ötən il “Qarabağ” klubunun cəmi gəlirləri isə 30 milyon manat olub və 2021-ci illə müqayisədə 84% artıb.
Klubun bilet satışından gəlirləri 1 milyon 405,5 min manat olub. Sponsorlardan əldə etdiyi gəlir isə 92,7 min manat təşkil edib.
Gəlirlərin təxminən yarısı 14 milyon 585,8 min manatı əmək haqqı və mükafatlara xərclənib.