Cəmiyyət

Küləkli, yağışlı havalar davam edir

Sabah, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz 23-27 dərəcə isti olacaq.

Azərbaycanın bəzi yerlərində də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə isə 22 dərəcəyədək isti olacaq.

Bənzər yazılar

Back to top button