Mədəniyyət

“Azdrama”nın adından saxta bilet satılır, insanların pulları mənimsənilir – Video

Akademik Milli Dram Teatrının adından dələduzluq edilib.

AzToday.az Xezerxeber.az-a istinadən xəbər verir ki, “Azdrama”nın adından saxta sayt açılaraq, teatrın adından bilet satılır.

“Azdrama” bununla bağlı məlumat yayıb. Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı sayt vasitəsilə insanlara tamaşa biletləri təklif edir. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button