GündəmHadisəManşet

Söyüdlü sakinləri problemlərinin həllini gözləyirlər

Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri yaxınlıqda yerləşən qızıl emalı zavodunun fəaliyyətindən irəli gələn problemlərlə əlaqədar qeyri-müəyyən vəziyyətdədir.

Kənddəki mənbə bildirib ki, Söyüdlüyə girişlərdə hələ də polis postları durur. Kəndə ancaq yerli sakinlər buraxılır.

Mənbənin sözlərinə görə, yerli polis və icra hakimiyyəti orqanlarının rəhbərləri tez-tez kəndə gəlirlər və yerli sakinlərlə söhbət edirlər.

Son günlər kənddə həbslər dayandırılıb.

“Biz ətraf mühitin çirklənməsinə, insan sağlamlığı üçün zərərli olan kimyəvi tullantıların zavoddan atıldığı süni gölə qarşı çıxdıq, nəticədə isə yeni problemlərlə üzləşdik, adamlarımızı saxladılar, polis postları qurdular. Komissiyanın nəticələrini gözləyirik. Ancaq hələlik texnika “sianid gölü” ətrafındakı işləməyə davam edir.

Görünür, ləğv etmək əvəzinə gölü genişlədirlər. İndiyə qədər heç bir şey dəyişməyib”,- mənbə sözlərinə davam edib.

*İyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı sərt şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər

Vətəndaş cəmiyyətinin “Söyüdlü” işçi qrupunun məlumatına görə, bu kənddəki hadisələr üzrə ümumilikdə 11 nəfər həbs edilib, o cümlədən 8 nəfər inzibati məsuliyyətə cəlb edilib, üç nəfərə isə narkotik maddə ilə bağlı cinayət ittihamları irəli sürülüb.

Fəalların məlumatına görə, inzibati qaydada həbs olunanları Bakıya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətiriblər, ola bilsin ki, onlara qarşı cinayət ittihamları irəli sürüləcək.

Hüquq müdafiəçiləri və müxalifət parlamentin keçmiş deputatı, rəsmi versiyaya görə, pul tələb etməkdə ittiham olunan Nazim Bəydəmirlinin həbsini də Söyüdlüdəkı hadisələrlə əlaqələndirirlər.(Turan)

Bənzər yazılar

Back to top button