GündəmManşetSiyasət

Ceyhun Bayramov: İranın fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük

“İran qonşu ölkədir. Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 9-da jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinjə görə, son zamanlar tərəflər arasında gərginlik olub.

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Prezident İlham Əliyevlə görüşü zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”.

Bayramov Azərbaycanın İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istədiyini bildirib.

“Bu məsələ ilə bağlı rəsmi Bakının ciddi gözləntilərimiz. İrandakı səfirliyimizin fəaliyyətinin dayandırılmasının konkret səbəbləri var”.

Bayramov deyib ki, yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticaret və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq. Görüş İranın Astara şəhərində keçiriləcək.

“Bir sıra məsələlər, o cümlədən nəqliyyat, su resurslarının birgə istifadəsi ilə bağlı danışıqlar aparılacaq”, o qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Rəsmi Bakı Tehrandandakı səfirliyinı hücumun araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir.

Bənzər yazılar

Back to top button