İdman

“Barselona”nın yeni baş məşqçisi bəlli oldu

Xavinin gedişindən sonra “Barselona”nı kimin çalışdıracağı məlum olub.

Qol.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, Kataloniya klubunun almaniyalı məşqçi Hans-Diter Fliklə razılaşma əldə etdiyini bildirib. Tərəflər arasında 2026-cı ilin iyununa qədər müqavilə imzalanacaq. Flikin özü ilə komandaya iki alman köməkçi gətirəcəyi də bildirilib.

Xatırladaq ki, “Barselona” ötən gün mövsümün sonunda Xabi ilə yolların ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Hans-Diter Flik son olaraq Almaniya millisini çalışdırıb. O, “Bavariya”nın da baş məşqçisi olub.

Bənzər yazılar

Back to top button