GündəmHadisə

Müdafiə Nazirliyi: Ermənilər Azərbaycan mövqelərini atəşə tutmağa davam edirlər

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Şuşa və Laçındakı mövqelərinin yenidən atəşə tutulduğunu bildirib.

Belə ki, iyulun 12-də saat 09:25-də Qarabağdakı erməni silahlı birləşmələri Azərbaycan ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.

Bundan əlavə, saat 10:50-dən 12:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dıg yaşayış məntəqəsi istiqamətindəki mövqelərdən Azərbaycan ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutublar.

Azərbaycan ordusunun bölmələri həmin istiqamətlərdə adekvat cavab tədbirləri görüblər.

Bənzər yazılar

Back to top button