Hadisə

Dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayır

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır.

“Report” xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası bu gün baş tutacaq.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.

F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Lakin ona verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Onun barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bənzər yazılar

Back to top button