Sağlamlıq

Azərbaycanda 285 minə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır

Azərbaycanda hemodializ, şəkərli diabet və dağınıq skleroz diaqnozu ilə qeydiyyatda olan şəxslərin sayı açıqlanıb.

Turan-ın məlumatına görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, ölkə üzrə 53 hemodializ mərkəzində 3896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur.

O qeyd edib ki, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb: “Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır. 2023-cü ilin 6 ay ərzində 4839 yeni xəstə qeydiyyata alınıb”.

TƏBİB-in rəsmisi əlavə edib ki, dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir. 2023-cü il yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb.

Vurğulanıb ki, onların hamısı Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar.

Bənzər yazılar

Back to top button