ManşetSağlamlıq

Xərçəng: səbəb, nəticə və günahkarlar

ANS-in keçmiş xanım aparıcısı Natavan Babayeva vaxtsız dünyasını dəyişdi. Ruhu şad olsun.

Sosial şəbəkə Azərbaycanda “savadlı həkim yoxdur, qidalar isə saxtadır” kimi tezislərlə silkələndi. Həmin dəqiqə klassik günahkar axtarışı elan olundu. İki günahkar tapıldı.

1. Həkimlər.
2. Qida təhlükısizliyi agentliyi.

Dostlar, 15 ilini qida əlavələrinə, 10 ilini hüceyrə səviyyəsində bərpa mexanizminə və son 5 ilini nano-texnologiyalara həsr etmiş biri kimi, hadisəyə mövqeyimi və münasibətimi soruşdu.
Bir az uzun olacaq, amma oxumağa səbriniz çatsa oxuyun, çünki lazımınız olacaq.

İttiham N1.

Azərbaycanda savadlı həkim az deyil, amma istədiyimiz qədər çox da deyil. Əyər ölkədə kimsə “mənə məsləhətli həkim tapın” deyirsə, demək problem hələ çoxdur. Söhbəti gedən Onkoloji Mərkəzdə isə savadlı həkim digər sahələrdən dəfələrlə çoxdur! Bunu mən demirəm, məsələn ora müayinəyə gedən xəstələrə Türkiyə onkoloqları deyir. Son illərdə TƏBİB rəhbərliyinin xaricdəki mütəxəssislərin vətənə dönməsi üçün gördüyü işlərdən az-çox xəbərdaram. Yəni vəziyyət göstərildiyi qədər fəlakətli deyil. Kadrlar var.

İttiham N2.

Azərbaycanda keyfiyyətli qida var, amma bahadır. Azərbaycanda qidanın keyfiyyəti problemi də var. Var, olub və olacaq. Nə qədər ki, Azərbaycan Beynəlxalq Qida Təhlükəsizliyinə nəzarət edən FDA-ya üzv olmayıb belə də olacaq. Agentlik təzədir, problemlər isə köhnə. Düzəlməsinə zaman lazımdır. Nəsə edirlər, nəsə etməyə çalışırlar. Yetərlidirmi? Deyil. Dediyim kimi, çarə beynəlxalq təhlükəsizlik sisteminə qoşulmaqdır. “Sanepidstansiya” sistemindən çıxmalıyıq.

Bu ittihamlarla qismən də olsa razıyam.

Bəs razı olamadığım məqam nədir?

Xərçəng və ya canser nədir? Xəstəlikdir? Xeyr! Canser xəstəlik olsa onun müalicəsini tapardılar. Canser eyni diabet kimi həyat tərzidir, ya da onun nəticəsi. Sizi anlayabiləciyiniz ən sadə dildə anlatacam.

Orqanizm hüceyrələrdən ibarətdir. Hüceyrələr birləşib orqanlar yaradır. Bir orqanın xəstələnməsi üçün, onda olan milyardlarla hər hansı bir hüceyrədə gedən DNT sintezi prosesi pozulmalıdır. Bu prosesi pozan 12, ümumiləşdirsək 6 ana səbəb var:

1. Ekologiya və radiasiya.
2. Qeyri sağlam qida və həyat tərzi
3. Virus və müxtəlif infeksiyalar.
4. Kimyəvi və dərman zəhərlənmələri
5. Əsəb. Stress.
6. Zərərli vərdişlər. Alokoqol, siqaret. Narkotik.

Yəni, səhər duranda 15-20 dəqiqə də olsa idman etməyib, kofe və siqaretlə işə gedəndə tıxacda qalıb, açıq pəncərədən karbon monoksidlə nəfəs alıb, işdə bütün günü ofisdə oturub arada əsəbləşirsizsə, günorta nahara şaurma yeyib üstündən kola içirsizsə, axşam yenə tıxacda qaıb, evə 6 da deyil 8 də çatıb, əlinizi yumamış qırmızı işıq yanana kimi yeyib, üstündən yekə bir şirniyyatla çay içib yatırsızsa, ayın sonunda borca girirsizə, həyatınızda sevgi, hörmət, ailə, yoxdursa, daima depressiyadasınızsa… canserin 1 addımlığındasınız. Sadəcə sizteminizin nə vaxt çökəcəyini gözləmək lazımdır. Bu da sizə “xəstəlik və ölüm niyə cavanlaşıb?” sualının cavabı. Mənim nəsilim küçədə oynamaqla və supla böyümüşdü. İndikilər fast food, energotonik və telefonla böyüyür.

Bu səbəblər oksidləşməyə aparır və orqanizmdə sərbəst radikallar yaradır. Bu radikallar sağlam hüceyrələrin elektronlarını alıb, onları zədələyirlər. Nəticədə həm radikal olduğu kimi qalır, həm də zədələdiyi hüceyrəni radikala çevirir.

Məsələn, mədə xərçəngi olmamışdan əvvəl orda bir hücəyrədə proses pozulur. Səbəb? Ketçuplu-mayonezli broyler toyuq dönəri yeyib, üstündən kola içmək yetərlidir. Sonra o hüceyrə yanındakı hüceyrələri zədələyir. Nəticədə, mədə qızartısı və ya səpgisi yaranır. Səpgi qastritə, qastrit xoraya, xora baretto xəstəliyinə, o da xərçəngə çevrilir. Bu bir günə olmur. Əyər sizdə mədə xərçəngi diaqnozu qoyulubsa, bu uzunmüddətli ağır və başı buraxılmış xəstəliyin nəticəsidir.

Əyər siz 10 yaşından fast food və müxtəlif sintetik qidalarla qidalanır, ev yeməklərindən qaçır, idman etmir, normal yarmır, telefon bağımlısı olaraq evdən çıxmır, artıq çəkidən əziyyət çəkir, meyvə-səbzə yox, xəmir, duz, şəkər və yağlı yeməklər yeyirsizsə, siqaret çəkən və əsəbisizsə, sizin 20 yaşında səpginiz, 25 yaşında qastritiniz, 30 yaşında xoranız, 35 də ağır reflüksünuz, 40 yaşdan sonra da xərçəng olmağınız ehtimalı 100/90 % dir.
Yəni, həkimin bu işdə ümumiyyətlə rolu yoxdur. İlk günahkar özünüzsüz.

Bunun qarşısını almaq olarmı? Olar. Yazdıqlarımdan imtina edərək. Bu sadəcə bir misaldır. O zaman sual yaranır. Bunların hamısını edən adam xərçəng tutmur? Tuta bilər. Az da olsa ehtimal var. Çünki, bu xəstəlikdə genetika da çox önəmlidir. 3 nəsili serroz olan uşağın 40 yaşında serroz olmasından normal heç nə yoxdur. Bunun qarşısını almaq üçün 40 yaşdan sonra ildə 2 dəfə çek-ap etməli, problemlərini başlanğıc nöqtəsində bilməlisən. Əyər sənin xolesterin və triqlseridin yüksəkdirsə, həkim sənə dieta yazıbsa, əməl etməlisən! Əyər əməl etməsən, növbəti mərhələdə dieta kömək etməyəcək, sənə dərman yazılacaq. Dərmanı azı 2-3 il içməlisən. Onu da boş versən, ardınca damar tıkanıqlığı və stend gəlir. Gersini hamınız əzbər bilirsiz, ən yaxşı halda açıq əməliyyat və sinədə saatlı bomba gəzdirmək. Ən pis halda isə 45-50 yaşında qəfil ölüm.

İndi əlinizi ürəyinizin üstünə qoyun deyin. Sizin xərçəng və ya infarkt olmağınızda həkimin günahı nə qədərdir? Ağına-bozuna baxmadan gecə gündüz nə gəldi basıb yeyən, bir tortu yeyib kəlləni qoyub yatan, toyda 20 cür yeməyi qarışdıran adam ağır şəkərə tutulubsa, onu müaıicə edən endokrinoloq və ya daha pisi ayağını amputasiya edən cərrahın günahı nə qədərdir?

Birdəfəlik bilin! Xərçəng, qan təzyiqi, şəkər, alzeymer, parkinson kimi xəstəliklərin tək səbəbi var – hüceyrə zədələnməsi və bir az da genetika. Sxem sadədən də sadədir. (Videoya baxın).

https://www.facebook.com/100011298757848/videos/1011396010059797

Zədə həndəsi silsilə ilə çoxalır və buna da siz metastaz deyirsiz.

Vəssalam.

Xərçəngin mahiyyəti budur.

Bəs bunun üçün nə etmək lazımdır?

Mümkün olduğu qədər 6 səbəbi minimuma endirmək + antioksidant qəbul etmək. Antioksidantlar: yazda göyərtilər, səbzələr, yayda giləmeyvələr, payızda nar,heyva, alma, qışda soğan, sarımsaq, zəncəfil, kurkuma, portağal, ananas, kivi avikado və s. Bunlar yetirmi, yetmir. Çünki sağlam qidalardakı lazımlı antioksidantların orqanizmdən sorulması 0-20 % dir. Bunun üçün qida əlavələri qəbul etməlisiz. Qida əlavələri yetərlidirmi? Deyil. Çünki onların da bioyararlığı çox aşağıdır. Buna görə də elm nano-texnologiyaya getdi. Yediyin qida və qida əlavələrinin orqanizm tərəfindən mənimsənilməsinin 3% dən 93% qaldıran texnologiya. Nöqtə.

Erkən ölümlərdən qaçmağın tək yolu nədir?Sağlam həyat, sağlam qida və yeni nəsil qida əlavələri. Nə qədər erkən başlasaz, o qədər sağlam olacaqsız!

Müşfiq Hüseynov, Həkim-farmakoloq

Bənzər yazılar

Back to top button