Sağlamlıq

Həkim-pediatr: Son günlər uşaqların arasında yeni növ viruslar yayılır

Son günlər uşaqların arasında yeni növ virus yayılır. Xəstəlik yüksək hərarətlə, ürək bulanması və ishalla müşahidə olunur.

Həkim-pediatrların Turan-a bildirdiklərinə görə, son günlərdə xəstəxanalara bu simptomlarla müraciətin sayı bir neçə dəfə çoxalıb, hətta xəstəxanalara yerləşdirilən uşaqlar da var.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Turana bildirib ki, son zamanlarda uşaqlar arasında rast gəlinən hallar adenovirusdur: “Bu üst tənəffüs yolunu tutan viruslardur. Virus yüksək hərarət, öncə quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır”.

Ekspertin sözlərinə görə, virus toplum xarakterlidir: “Yəni, uşaqlar bir-birləri ilə yaxın təmasda olanda hava-damcı yolu ilə ötürə bilirlər.

Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatçılıq da müşahidə edilir.Virusun müalicəsi simptomatikdir”.

Bənzər yazılar

Back to top button