Gündəm

Müdafiə Nazirliyi erməni mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırıb

Azərbaycanın müdafiə nazirliyi bölgənin erməni mülki əhalisini hərbi obyektlərdən kənar durmağa çağırıb.

“Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”, deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq”, deyə press-relizdə bildirilir.

“Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”, deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Nazirlik digər bir məlumatında Ermənistan KİV-lərinin və sosial şəbəkə istifadəçilərinin guya mülki obyektlərə zərbələr endirilməsi haqqında yaydığı məlumatları təkzib edib. Azərbaycan ordusu yalnız legitim hərbi hədəflərə zərbə endirir, deyə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bənzər yazılar

Back to top button