GündəmHadisəManşet

“Azərişığ”ın aparıcı mütəxəssisi Anar Ələkbərovun xalası oğlundan Prezidentə şikayət etdi

“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin texniki istehsalat şöbəsinin aparıcı mütəxəssisi Cavadova Jalə Əli qızı “Azərişıq”-də üzləşdiyi özbaşınalıqlarla bağlı Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, Prezidentin köməkçisi Anar Ələkbərova və İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərova müraciət edib.

AzToday.az xəbər verir ki, Jalə Cavadova müraciətində “Azərişıq”da baş verən qanunsuzluqları da ictimailəşdirib.

Onun müraciətini olduğu kimi təqdim edirik:

“Bildirirəm ki, “Azərişıq” ASC-dəki məmur özbaşınalığı ilə bağlı etdiyim şikayətlərdən sonra Cənab Prezidentimizin və Hörmətli Mehriban Xanım Əliyevayanın sayəsində 10.07.2023-cü ildən məni texnik vəzifəsindən aparıcı mühəndis vəzifəsinə keçirdilər. Qubadlı rayon məcburi köçkünü olan ali təhsilli həyat yoldaşım-Vüsal Cavadov işlə təmin edildi. Hazırda aparıcı mütəxəssisdir.

Sumqayıt RETSİ-i istismar üzrə rəis müavini Elçin Alıyev məni kolektivə təqdim etdi. Şöbəni rəisi olmadığı üçün rəis vəzifələrinin icrasını mənə həvalə etdi. İşlədiyim şöbədə adı gedən lakin E.Alıyevə katibəlik edən Şahnaz Məmmədova tərəfindən digər işçilərin şərəf və ləyaqətlərinin alçaldılmasının, işçilərin ünvanına nalayiq küçə söyüşləri söyməsinin şahidi oldum. E.Alıyevin katibəsinin texniki binada hegemonluq etməsinin və bir sözlə istismar binasının katibə tərəfindən dolayısıyla idarə olunduğu gördüm. Katibənin bu özbaşınalıqları haqqında öncə E.Alıyevə sonra isə region rəisi H.Əzizova müraciət etdim. Katibə barəsində tədbir görmək əvəzinə məni bütün işlərdən kənarlaşdırdılar. Bütün işləri katibəlik edən Ş.Məmmədova ilə şöbənin digər mühəndisi 68 yaşlı Gülarə İsmayılovaya həvalə edərək ikisisini də baş idarə binasında ayrıca otağa köçürdülər.

Dövlət idarəsində işçiləri nalayiq küçə söyüşləri ilə təhqir edən Ş.Məmmədova barəsində ölçü götürülməsi habelə işlərimi əlimdən alıması ilə ağlı Azərişiq ASC-nin sədr müavini Ramil Yusifova və sədr Vüqar Əhmədova şikayət etsəm də nəticəsi olmadı. Bu hadisədən sonra Sumqayıt Elektrik Şəbəkəsinin mühəndisi şəhid ailəsi, məcburi köçkün ali təhsilli energetik Quliyev Anar Ələmqulu oğlunun media üzərindən “Azərişıq” ASC-dəki özbaşınalıqlarla bağlı paylaşdığı videomüraciətə rəy yazdıqdan sonra mənə qarşı təzyiqlər, təqiblər başladı. Nahar fasiləsi zamanı işlədiyim otağa gəlib özünü nəzarət idarəsinin işçisi kimi təqdim edən Zabil Quliyevə (deyilənlərə görə Vüqar Əhmədovun tələbə yoldaşı) üzərində birka olmadığını irad tutduqdan sonra mənə dedi ki, :-“sən kimsən ki, məndən vəsiqə tələb edirsən”? Özümü müdafiə və onun bu özbaşınalığını sübut etmək üçün mobil telefonumu götürüb hadisəni videoqeydə alacağımı bildirən zaman mənə qarşı zor tətbiq edərək şəxsi telefonumu əlimdən aldı. Yeməyimi masama dağıtdı, otağı da bərbad günə qoydu. Hadisə barədə dərhalı 102-yə məlumat verdim.

Hadisədən xəbər tutan media nüamayəndələri saat 17-00 dan sonra otağıma gəldilər. Onlara müsahibə verən zaman Azərişıq ASC-nin hüquq idarəsinin rəisi Arif Ləzimzadə də iş otağıma gəldi. Bir neçə işçilərin yanında məni təhqir etdi :-“tərbiyəsiz ! Səni buradan it kimi sürüdərəm, kimə istəyirsən hara istəyirsən şikayət et” (hadisəni sübut edən video görüntülər var)

Prezidet İlham Əliyev Cənabları məmurları yüksək vəzifəyə təyin edərkən onların qarşısında qoyduğu 1 №-li öhdəlik xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlarla sadə davranmaqdır. Arif ləzimzadəyə kim ixtiyar verib ki, məni təhqir etsin?!

Harınlamışlığın dərəcəsinə baxın ki, Cənab Prezidentin göstərişlərinə xor baxan Azərişıq ASC-nin hüquq idarəsinin rəisi heç kimə lazım olmayan A.ləzimzadə tərbiyəsiz rəftarı ilə Cənab Prezidentə, Onun göstərişlərinə qarşı çıxmışdır.

Əfsuslar olsun ki, Azərişıq sədri Vüqar Əhmədov bu özbaşınalıqlara göz yumur. İşçilərin şikayətlərinə baxmır. İşçi onun qəbuluna düşüb dərdini deyə bilmir. Bu adamın başı nəyə qarışıb, kimə qarışıbsa işçini qəbul etməyə vaxtı olmur.

İnanıram ki, Azərbaycan qadınına qarşı belə tərbiyəsiz davranan arif ləzimzadə kimi harınlamış məmurlarlar Cənab Prezidentin qəzəbinə tuş gələrək qeyd-şərtsiz vəzifəsindən azad edilərək və barəsində ciddi tədbir görüləcəkdir.

Prezident İlham Əliyev Cənabları Vüqar Əhmədovu Azərişıq ASC-yə sədr təyin edərkən Barmek şirkətini sərt tənqid edərək demişdir :

“Barmek şirkəti Azərbaycanın enerji təsərrüfatını tamamilə sıradan çıxarmış, bu sistemi bərbad vəziyyətə salıb, Ölkədən milyonlarla pul aparıb”

İnternet resurslarına istinadən bildirirəm:

Vüqar Əhmədov isə Barmekin keçmiş baş menecer işləyən və işləyərkən Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilən Çingiz İbadovu Azərişıq ASC-nin Enerji Alış İdarəsinin rəis müavini təyin edib. Buna nə ad verək?

1. Çingiz İbadov Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamentinin sabiq direktoru işləyərkən də mütəşəkkil dəstə ilə mənimsəmə və israfetmə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığına yol verdiyi üçün Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilmişdir.

2. 14.000 işçisi olan Azərişıq ASC-nin İnsan Resursları Departamentinin rəisi Sakit Baxışov keçmiş İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin lisenziya nəzarəti və qeydiyyatı sektorunun sabiq müdiri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə, mütəşəkkil dəstə ilə rüşvətalma, təkrar rüşvətalma, külli miqdarda rüşvətalmaya görə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilmişdir.

3. Beynəlxalq bankdan götürdüyü külli miqdarda pulu mənimsədiyinə və külli miqdarda dələduzluğa görə həbsdə yatan Mehman Mehdiyev Qaradağ RETSİ-yə rəis təyin edilib.

4. Prokurorluq orqanlarından xaric edilən Xalid Təhməzov müşavir təyin edilib.

Hesab edirəm belə şəxslərin Azərişıqda rəhbər işləməsi qurum adına ləkədir:

5. Cənab Prezidentin imzaladığı qanunlara məhəl qoyulmur. Belə ki, 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən Prezident İlham Əliyev Cənablarının imzaladığı qanun qeydiyyatı olmayan evlərə, tikililərə elektrik enerjisi verilişini qadağan edir. Lakin bildiyimə görə həmin abonentlərə 170 manat cərimə yazıb həmin evlərə kod açıb sayğac qoyurlar. Məlumatlarıma görə bunun qarşılığında isə abonentlərdən 800 manat pul alırlar.

6. Cənab Prezidentin yürütdüyü gənclər siyasətinə əməl olunmur. Qurum təqaüdçülərlə doludur. Ali təhsilə, iş təcrübəsinə məhəl qoyulmur.

Bütün bu özbaşınalıqların nəticəsidir ki, son 3 ayda Sumqayıtda misli görünməmiş faciə yaşandı. 3 nəfər gərginliyə düşdü. Onlardan biri yeniyetmədir, qolu kəsilib yarımcan olub. Digər 2-si faciəvi şəkildə vəfat etdilər. Hər 2-si şənbə günü işə çıxarılan Sumqayıt Elektrik Şəbəkəsinin əməkdaşları idi.

7. Qurumda sosial ədalətsizlik, təbəqələşmə, ayrı-seçkilik gedir. Azərişığın baş idarəsində işləyənlərlə rayonlarda işləyənlər arasında kəskin maaş fərqləri var. Cənab Prezidentin Sərəncamları ilə əmək haqları, pensiya və müavinatlar artırılsa da Azərişıqda maaş artımı yoxdur. Şikayət edənləri təqib etməklə, işdən çıxarmaqla hədələyirlər.

8. Nazirlər kabinetinin qərarı olmadan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 01 noyabr 2022-ci il tarixli daxili əmrilə Dövlət Başçısının Sərəncamı, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Azərişıq ASC-nin strukturunda “dəyişiklik” edib. “Şimal” RETSİ-ni ləğv edib 2 yeni region-“Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-ni yaratdı. Halbuki Prezidentin Sərəncamı əsasında təsdiq edilmiş strukturda Sumqayıt və Xaçmaz RETSİ-lər yoxdur. https://e-qanun.az/framework/30261 

Heç bir dövlət orqanı Azərişıq ASC-dəki bu məmur özbaşınalıqları barəsində tədbir görə bilmir. Açıq-aşkar etiraf edirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o ölkə prezidentinin köməkçisi-Anar Ələkbərovun xalası oğludur.
Xahiş edirəm “Azərişıq” ASC-dəki ifrat özbaşınalıqlara son qoyulması üçün tədbir görəsiniz”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button