Hadisə

“Karabakh Telecom”un sahibi hazırda DTX zirzəmisindədir – “Telecom Armenia bütün müştəriləri ələ keçirdi”

“Karabakh Telecom-un +374 097 xx xx xx üzərində olan bütün müştərilərini “Telecom Armenia ələ keçirdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspert xatırladıb ki, “Karabakh Telecom” həm Ermənistanın beynəlxalq kodu +374 , həm də regional mobil rabitə kodu, 097-dən istifadə edirdi:

“Ötən gün Ermənistanın Tənzimləyici qurumu 097 kodunun “Telecom Armenia” mobil operatoruna verilməsi haqqında qərar qəbul edib. Beləliklə də, “Telecom Armenia” Qarabağda yaşayan və Ermənistandan olanlarla birlikdə 200 000 mindən çox +374 97 xx xx xx mobil nömrəli müştəri əldə etmiş oldu. Bu operator əvvəllər Rusiyanın “Veon”, “Beeline” markaları altında fəaliyyət göstərib. 2020-ci ildə Ayk və Aleksandr Eseyan qardaşları onun bütün səhmlərini alıblar”.

O.Gündüz qeyd edib ki, hazırda bu sövdələşmə ilə bağlı məhkəmə çəkişməsi gedir. Ekspert xatırladır ki, “Karabakh Telecom” əvvəldən də bu operatorla əməkdaşlıq edirdi.

“Yeri gəlmişkən, “Karabakh Telecom”un son sahibi hazırda DTX zirzəmisində olan keçmiş “prezident” Arayik Arutunyan olub. O, 2-ci Qarabağ Savaşı zamanı 15 il Livan ermənilərinə məxsus olan bu şirkəti zorla ələ keçirmişdi”, – o bildirib.

Bənzər yazılar

Back to top button