Cəmiyyət

Bazar günü Azərbaycanda havanın temperaturu müsbət 20 dərəcəyə yüksələcək

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntı olmayacaq, cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə müsbət 10 +14, gündüz müsbət 16 +21 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında hava əsasən yağıntısız olacaq, ancaq gündüz bəzi dağlıq ərazilərdə yağış yağacaq, qar yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə müsbət 5 +9, gündüz müsbət 18 +23 dərəcə olacaq. Dağlarda gecə 0-5 dərəcə, gündüz müsbət 8 +13 dərəcə gözlənilir.

Bənzər yazılar

Back to top button