Hadisə

İrandan Azərbaycana qanunsuz narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İranla sərhəddə “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin noyabrın 29-da yaydığı məlumatda deyilir.

Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kq 500 qr marixuana, 3 kq 750 qr metamfetamin, 4 kq 550 qr heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.(Turan)

Bənzər yazılar

Back to top button